Putin Rusiyada qanunsuz yaşayan Ukrayna vətəndaşları ilə bağlı fərman imzalayıb

Dünya

20.03.2025 - 23:21

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyada qanuni əsas olmadan olan Ukrayna vətəndaşları sentyabrın 10-dək ölkəni tərk etməlidir

Rusiyada qanunsuz yaşayan Ukrayna vətəndaşlarına Rusiya Federasiyası ərazisini tərk etmək üçün sentyabrın 10-dək vaxt verilib.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün fərman imzalayıb.

Prezident fərmanına əsasən, Rusiyada qanuni əsas olmadan olan Ukrayna vətəndaşları sentyabrın 10-dək ölkəni tərk etməli və ya hüquqi statuslarını qaydaya salmalıdırlar

Eyni zamanda Putinin fərmanına əsasən, Donbass, Xerson və Zaporojyedə (Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri-red) əcnəbilərdən iyunun 10-dək HİV-ə yoluxmadıqlarını və narkotikdən istifadə etmədiklərini təsdiq etmələri tələb olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş