Putin Navalnının malikanə ilə bağlı iddiasını rədd edir

Dünya

20.01.2021 - 13:12

Peskov: “Uzun illər əvvəl Putinin Qelencikdə malikanəsinin olmadığını bildirmişik”

 

Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov müxalifət lideri Aleksey Navalnının dövlət başçısı üçün Qelencik yaxınlığında tikildiyini bildirdiyi malikanə ilə bağlı iddianı rədd edib. Bu barədə AYNA Rusiya mediasına istinadən bildirir.

 

“Bu, köhnə iddiadır. Uzun illər əvvəl Putinin Qelencikdə malikanəsinin olmadığını bildirmişik”, - Peskov qısa cavab verib.

 

Qeyd edək ki, müxalifət lideri dünən belə bir iddia ilə çıxış edib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinə Qelencik səmtində dəbdəbəli imarət tikilib.

 

Xatırladaq ki, müxalifətçi ötən bazar günü 5 aylıq müalicədən sonra Berlindən Moskvaya qayıdıb. Hava limanında saxlanılan Navalnıya 15 fevrala qədər inzibati həbs cəzası verilib. Məhkəmə Navalnının şərti cəzasının real müddətlə əvəzlənməsi məsələsinə baxacaq.

Müəllif: Ayna.az