Rusiya və BƏƏ liderləri arasında telefonla danışığı olub
Rusiya Prezidenti Vladimir Putinlə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub. AYNA.AZ xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
“Liderlər strateji xarakter daşıyan siyasi, ticari-iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edən Rusiya-BƏƏ münasibətlərinin əldə edilmiş səviyyəsindən məmnunluq ifadə ediblər”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, Putin Rusiya ilə Ukrayna arasında məhbusların mübadiləsinin təşkilində BƏƏ tərəfindən göstərilən yardımı yüksək qiymətləndirib.
Öz növbəsində, Əl Nəhyan Putini və Rusiya xalqını qarşıdan gələn Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə təbrik edib.