Putin Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb

Dünya

09.10.2020 - 02:54

Hər iki ölkənin XİN başçıları Moskvaya dəvət olunub

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan və Ermənistana müraciət edərək, tərəfləri Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb.

 

AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Rusiya prezidenti müraciətində qeyd edib ki, atəş əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə dayandırılmalıdır.

 

Vladimir Putin Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərini danışıqlar aparmaq üçün bu gün Moskvaya dəvət edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş