Rusiya Prezidenti AYB katibini "Dostluq" ordeni ilə təltif edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevi "Dostluq" ordeni ilə təltif edib. AYNA-nın xəbərinə görə, bu barədə Ç.Abdullayevin özü sosial şəbəkə hesabında yazıb. Qeyd edib ki, Rusiya Prezidenti ona medal verilməsi haqqında müvafiq fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, yazıçı iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə ordenlə təltif edilsin.