PSJ tarixində ilk dəfə Avropanın əsas klub kubokunu qazanıb
Fransanın “Paris Saint-Germain” (PSJ) klubu Çempionlar Liqasının finalında İtaliya "İnter"ini 5:0 hesabı ilə məğlub edərək ilk dəfə turnirin qalibi olub. Qarşılaşma Münhendə baş tutub.
12-ci dəqiqədə müdafiəçi Əşrəf Hakimi cinah müdafiəçisi Desire Douainin ötürməsi ilə hesabı açıb. 20-ci dəqiqədə Duai parislilərin fərqini artırıb. 63-cü dəqiqədə Douai dubl edərək PSJ-nin fərqini yenə artırıb. 73-cü dəqiqədə cinah hücumçusu Xviça Kvaratsxeliya Fransa klubunun dördüncü qolunu vurub. 86-cı dəqiqədə yarımmüdafiəçi Senni Mayoulu yekun hesabı müəyyənləşdirib – 5:0.
Beləliklə, PSJ tarixində ilk dəfə Avropanın əsas klub kubokunu qazanıb.