Prokurorluq: "Qadının atraksiondan yıxılaraq ölməsi faktı araşdırılır"

Xəbərlər

10.06.2023 - 14:20

Baş Prokurorluq Abşeronda ölüm hadisəsi ilə bağlı məlumat yayıb

Abşeron Rayon Prokurorluğunda Xırdalanda qadının atraksiondan yıxılaraq ölməsi faktı araşdırılır.

Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-i rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə