Prezidentlər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Xəbərlər

10.12.2020 - 12:23

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ulu Öndər Heydər Əliyevin məzarı önünə və Şəhidlər xiyabanındakı abidə qarşısına əklillər qoyublar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

 

AYNA xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.

 

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan həmçinin, Şəhidlər xiyabanını ziyarət ediblər, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklillər qoyublar.

 

Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoyublar.

 

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazıblar.

Müəllif: Ayna.az