Prezident yol tikintisinə pul ayırıb

Xəbərlər

27.07.2022 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

Sabunçu rayonu ərazisində avtomobil yolları yenidən qurulacaq

Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

AYNA xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov, Kürdəxanı, Maştağa, Ramana və Sabunçu qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 7,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş