Prezident yeni səfirlərin etimadnaməsini qəbul edib

Xəbərlər

28.10.2021 - 11:44

İlham Əliyev Rumıniya və Qırğızıstanın yeni səfirlərinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin etimadnaməsini qəbul edib.

AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Prezidenti həmçinin Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edib.

Müəllif: Ayna.az