Prezident və birinci xanım Şuşada səfərdə olublar

Xəbərlər

29.08.2021 - 18:57

İlham Əliyev və Mehriban Əliyeva bir neçə açılışda iştirak ediblər

 

Avqustun 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində səfərdə olublar. AYNA xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub. Prezident və birinci xanım açılışda iştirak ediblər.

 

Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün də açılışı olub. İ.Əliyev və M.Əliyeva açılışda iştirak ediblər. Prezident və birinci xanım eyni zamanda, Şuşada M.P.Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışında iştirak ediblər, görülən işlərlə tanış olublar.

 

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

 

Prezident və birinci xanım həmçinin Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılış mərasiminə qatılıblar. İ.Əliyev və M.Əliyeva Ü.Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə də tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma burada görüləcək işlər barədə məlumat verilib.

Şuşada “Otel və Konfrans Mərkəzi"nin də təməli qoyulub. Prezident və birinci xanım təməlqoyma tədbirində iştirak ediblər.

 

Avqustun 29-da Şuşada yeni yaşayış massivinin də təməli qoyulub. Prezident və birinci xanım təməlqoyma tədbirində iştirak ediblər.

Müəllif: Ayna.az