Prezident Rusiya Federasiyasının Baş prokurorunu qəbul edib

Xəbərlər

09.04.2021 - 12:29

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi qeyd olunub

 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovu qəbul edib.

 

AYNA xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

 

Bildirilib ki, ölkələrimizin prokurorluq orqanları arasında həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin genişlənməsi işinə töhfə verməklə bərabər, ölkələrimiz qarşısında duran təhdidlər, müasir çağırışlar, cinayətkarlığa qarşı mübarizə işində mühüm rol oynayır.

 

Söhbət zamanı əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub, perspektiv məsələlər müzakirə edilib.

Müəllif: Ayna.az