Prezident İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib

Xəbərlər

16.08.2022 - 12:17

İlham Əliyev Türkmənistanın, İsveçin, Argentinanın və Almaniyanın yeni səfirlərinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edib.

AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev həmçinin İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzonun, Argentina Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin və Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib Prezident İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib Prezident İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib
Müəllif: Ayna.az