Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin qəbulu videoformatda olub
Azərbaycan Prezidenti İlham Əliyev videoqəbul keçirib. Bu barədə AYNA Prezidentin rəsmi saytına istinadən bildirir.
Xəbərdə qeyd edilib ki, martın 3-də Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.