Prezident Daxili Qoşunların hərbi qulluqçularını təltif edib - <font color=red> SİYAHI</font>

Xəbərlər

11.03.2020 - 18:31

 

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir: 

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

 

“Vətən uğrunda” medalı ilə

 

Hüseynov Tofiq Vaqif oğlu – general-mayor

Muradov İnqilab Heydər oğlu – general-mayor

 

“Hərbi xidmətlərə görə” medalı ilə

 

Babayev Elxan Eyyub oğlu – polkovnik-leytenant

Həsənov Ayaz Şərif oğlu – polkovnik-leytenant

Xanbabayev Vahid Qəzənfər oğlu – polkovnik-leytenant

Kazımov Elbəy Cəfər oğlu – polkovnik-leytenant

Kərimov Oqtay Nəbi oğlu – polkovnik-leytenant

Kərimov Təbriz Vidadi oğlu – polkovnik-leytenant

Məmmədov Kamil İsmət oğlu – polkovnik-leytenant

Murğuzov İlqar Bəhram oğlu – polkovnik-leytenant

Mustafayev Urfan Lətif oğlu – tibb xidməti polkovnik-leytenantı

Zeynalov Namiq Qafar oğlu – polkovnik-leytenant

Əliyev Hüseyn Ağasəf oğlu – mayor

İsmayılov Ceyhun Təbriz oğlu – mayor

Məmmədov Kamran Kamil oğlu – mayor

Quliyev Qəşəm Qalib oğlu – kapitan

Yusifov Məmməd Ələkbər oğlu – kapitan

Məmmədov Cavanşir Əlsəddar oğlu – baş gizir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş