Prezident: “Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub”

Xəbərlər

06.01.2021 - 17:20

İlham Əliyev: “Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb”

 

Ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

 

Dövlət başçısı diqqətə çatdırıb ki, bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb.

 

Prezident qeyd edib ki, bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.

Müəllif: Ayna.az