Prezident avtomobil yolundakı işlərlə tanış olub - FOTO

Xəbərlər

26.05.2025 - 11:55

cedabet dərman SEO Xidməti

Layihə üzrə ümumilikdə işlərin 70 faizi icra edilib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub.

AYNA.AZ xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, layihə üzrə ümumilikdə işlərin 70 faizi icra edilib. İkinci texniki dərəcəyə uyğun qurulan yolun ümumi uzunluğu 85,6 kilometrdir. Yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib.

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik olmaqla paytaxt Bakını İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa magistral hesab edilir. Respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən layihələndirilib.

Prezident avtomobil yolundakı işlərlə tanış olub - Prezident avtomobil yolundakı işlərlə tanış olub - Prezident avtomobil yolundakı işlərlə tanış olub - Prezident avtomobil yolundakı işlərlə tanış olub - Prezident avtomobil yolundakı işlərlə tanış olub - Prezident avtomobil yolundakı işlərlə tanış olub - Prezident avtomobil yolundakı işlərlə tanış olub - Prezident avtomobil yolundakı işlərlə tanış olub - Prezident avtomobil yolundakı işlərlə tanış olub -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş