Poroşenko jurnalistin kamerasını sındırdı

Dünya

08.07.2020 - 14:45

Sabiq Prezident çəkiliş aparan operatora yaxınlaşaraq əli ilə kameranı itələyib

 

Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko "Bizim Kiyev" nəşrinin operatorunun kamerasını sındırıb. AYNA xəbər verir ki, bu barədə jurnalistlər “Facebook”-da video paylaşıblar.

 

Hadisə Kiyevdəki Peçersk məhkəməsi yaxınlığında baş verib. Poroşenko sabiq Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavininin qanunsuz təyin edilməsi iddiasına görə məhkəmədə ifadə verməyə gəlib. Məhkəmə önündə o, əraziyə toplanan tərəfdarları salamlayıb, onlarla əl sıxıb. Bundan sonra çəkiliş aparan operatora yaxınlaşaraq əli ilə kameranı itələyib.

Müəllif: Ayna.az