“Popular Mechanics”: Rusiya silahları Qarabağda “Bayraktar”a qarşı dayana bilmədi

Aktual

31.10.2021 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya hava hücumundan müdafiə sistemlərinin köhnə və etibarsız olduğu sübuta yetirildi

ABŞ-ın “Popular Mechanics” jurnalı yazır ki, Ermənistanın İkinci Qarabağ müharibəsində istifadə etdiyi Rusiya hava hücumundan müdafiə sistemləri köhnə və etibarsız olduğunu sübuta yetirdi.

AYNA-nın xəbərinə görə, nəşr iddia edir ki, Rusiya silahları Azərbaycanın sahib olduğu Türkiyə istehsalı olan “Bayraktar” TB2 və İsrailin “Harop” pilotsuz təyyarələrinə qarşı dayana bilməyib.

“Qarabağdakı son müharibə zamanı Rusiyanın hava hücumundan müdafiə vasitələri Azərbaycanın pilotsuz təyyarələrini aşkar etməkdə və dayandırmaqda etibarsız olduğunu sübut etdi”, - jurnal yazır.

Nəşr etiraf edir ki, pilotsuz texnologiyadan istifadə müasir müharibədə inqilab vəd edir: “Əgər ABŞ və ya NATO nə vaxtsa Rusiya, Çin və ya İranla müharibəyə cəlb olunarsa, onlar da oxşar imkanlarla üzləşəcəklər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş