Polşada tibb işçiləri aksiyalara başladı: çadırlar qurdular - VİDEO

Dünya

13.09.2021 - 18:49

Həkimlər Klinikalar SEO Xidməti

Həkim və tibb bacılarının Nazirlər Kabinetindən bir neçə tələbi var

Polşada tibb işçiləri maaşlarının aşağı olması səbəbindən etiraz aksiyası keçiriblər. AYNA xarici mediaya istinadən bildirir ki, etirazçılar hökumət binalarının qarşısında çadırlar qurublar.

Aksiyalarda həkimlər, tibb tibb bacıları iştirak ediblər. Polis əməkdaşları etiraz aksiyasına müdaxilə etməyiblər.

Nümayişçilər səhiyyə xərclərinin ölkənin ÜDM-in səkkiz faizinə çatdırılmasını tələb ediblər. Bundan əlavə, onlar Nazirlər Kabinetini əməkhaqlarını qaldırmağa çağırıblar.

Etirazçılar eyni zamanda, koronavirus pandemiyası şəraitində tibb işçilərinin çatışmazlığından şikayətlənərək poliklinikalara əlavə tibb işçilərinin götürülməsinin lazım olduğunu bildiriblər.

Məlumata görə, etirazçılar Polşanın Baş naziri Mateuş Moravietski ilə görüşməkdə israr edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş