Polislər qan verdilər

Xəbərlər

08.06.2023 - 22:03

Müayinə nəticəsində səhhəti imkan verən şəxslərdən qan götürülüb

Qax rayonunda könüllü qanvermə aksiyası keçirilib. Rayon mərkəzi xəstəxanasında təşkil edilən aksiyada yerli idarə, müəssisə və təşkilatların kollektivləri ilə yanaşı, polis şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb. Müayinə nəticəsində səhhəti imkan verən şəxslərdən qan götürülüb.

Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Müəllif: Ayna.az