Polisin tələbinə əməl etməyən sürücü həbs olunub

Xəbərlər

26.07.2022 - 16:12

Həkimlər Klinikalar SEO Xidməti

Sürücü 1 ay müddətində inzibati qaydada həbs edilib

Yol polisinin qanuni tələbinə əməl etməyən şəxs həbs olunub. AYNA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında qeyd edilib.

Bildirilib ki, “Scania” markalı, 77-BA-685 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücü Mürşüdov İslam Misirxan oğlu polisin qanuni tələbinə əməl etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

İslam Mürşüdov barəsində materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 1 ay müddətində inzibati qaydada həbs edilib.

"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, belə hüquqazidd əməllərə yol verən şəxlərlə bağlı ciddi tədbirlər həyata keçiriləcək", - məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş