Polis postunda saxlanılan şəxsin üzərində narkotik vasitə aşkarlandı

Xəbərlər

25.11.2020 - 10:42

Həkimlər Klinikalar SEO Xidməti

Kamal İskəndərov narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib

 

Qubada polis əməkdaşları postda yoxlama zamanı şəxsin üzərində narkotik vasitə aşkarlayıblar. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Quba rayon sakini Kamal İskəndərov özünə məxsus “Niva” markalı nəqliyyat vasitəsi ilə Qusar-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Quba rayonun giriş hissəsində quraşdırılmış müvəqqəti stasionar postda Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

 

Saxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman ondan və nəqliyyat vasitəsindən kibrit qutusunda və sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb.

 

Dindirilmə zamanı Kamal İskəndərov narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş