Xəstəxanalar həftənin hər günü saat 08:00-dan 18:00-dək vətəndaşlara xidmətlər göstəriləcək
Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla, yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstəriləcək.
Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.