““Vaqner” muzdlularının NATO ölkəsinə hücumu son dərəcə çətin və perspektivsiz ssenaridir”
"Vaqner" muzdlularının NATO ölkəsinə hücumu son dərəcə çətin və perspektivsiz ssenaridir. AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Podolyak vurğulayıb ki, bu addım mənasızdır və "Vaqner"çilərin sürətli məğlubiyyəti ilə başa çatacaq.
Qeyd edək ki, iyulun 11-də "Vaqner" kolonu Belarusa doğru hərəkət etməyə başlayıb. İyulun 18-də onların sayı 2 min, bu gün isə 5 minə nəfərə çatıb. "Vaqner"lə Belarus ordusunun Brest yaxınlığındakı birgə təliminə qarşı Polşa da hazırlıq görür və ordunun bir hissəsinin Belarusla sərhədə yerləşdiriləcəyini elan edib.