“Bu hadisənin heç birində günahkar deyiləm”
UEFA-nın sabiq prezidenti Mişel Platini dələduzluq işi ilə bağlı bəraət alıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Platini ilə yanaşı FİFA-nın keçmiş prezidenti Yozef Blatter də bəraət alıb.
"Mənim şərəfim bərpa olundu. FIFA və bəzi İsveçrə federal prokurorları arasında olan döyüş idi. Bu hadisənin heç birində günahkar deyiləm”, - Platini vurğulayıb.