Sərnişinlərə yemək kuponları və yaranan narahatlığa görə kompensasiya ödənilib
Los-Ancelesdən Çinə uçan “United Airlines” təyyarəsi pilotlardan birinin pasportu yaddan çıxıb evdə qaldığı üçün geri dönmək məcburiyyətində qalıb. AYNA.AZ xəbər verir ki, bu barədə CNN-ə aviaşirkətin nümayəndələri bildiriblər.
“Boeing 787” şənbə günü Los-Anceles hava limanından havaya qalxıb. Təyyarədə 257 sərnişin və 13 ekipaj üzvü olub. Təyyarə Sakit okean üzərindən Şanxaya uçurmuş.
Lakin havaya qalxdıqdan iki saat sonra təyyarə geri çevrilərək San-Fransiskoya istiqamət alıb. Pilotun göyərtədə pasportunun evdə qaldığı məlum olub. Aviaşirkət həmin axşam sərnişinləri təyinat yerinə çatdırmaq üçün əvəzedici heyət təşkil edib. Sərnişinlərə yemək kuponları və yaranan narahatlığa görə kompensasiya ödənilib. Yeni ekipaj Şanxaya altı saat sonra enib.