Prezident Ali Rəhbərlə avtomobilin arxa oturacağında görüşüb
İran Prezidenti Məsud Pezeşkian Ali Rəhbər Müctəba Xameneyi ilə avtomobilin arxa oturacağında görüşüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Pezeşkiana yaxın mənbələr onun Müctəba Xamenei ilə görüşünün təfərrüatlarını açıqlayıb.
Məlumata görə, Pezeşkian Xameneyi ilə naməlum məkanda, avtomobilin arxa oturacağında görüşüb. Bildirilir ki, görüş zamanı Xamenei avtomobildən düşməyib və söhbət həmin şəraitdə aparılıb.
Prezident Administrasiyasındakı bəzi mənbələrin dediyinə görə, Pezeşkian geri qayıtdıqdan sonra yaxın çevrəsinə belə bir sual verib: “Avtomobilin arxa oturacağında görüşdüyüm şəxs doğrudanmı Müctəba Xameneyi idi?”, O, görüş zamanı avtomobildə oturan həmin şəxsin üzünü görməyib və yalnız səsini eşidib.