Günay Quluzadə: “Normal həyatımıza qayıdış, nə qədər insanın peyvənd olunub immunitet qazanacağına bağlıdır”
“COVID-19 peyvəndi pandemiya ilə mübarizədə çox önəmli təsirə malikdir. Ancaq normal həyata dönüş üçün bir az daha zamana ehtiyac olacaq”.
AYNA xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən koronavirusla (COVID-19) mübarizə işçi qrupunun üzvü Günay Quluzadə deyib.
Onun sözlərinə görə, tam güvənli şəkildə normal həyatımıza qayıdış, nə qədər insanın peyvənd olunub immunitet qazanacağına bağlıdır: “Bu, zaman tələb edən bir dövrdür. Bu səbəbdən də maska və sosial məsafə qaydalarına müəyyən müddət riayət etməli olacağıq.