Peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

23.06.2023 - 04:40

cedabet dərman SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 75 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 29, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 691, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 973, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884049, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 394, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 275 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş