Petrodan Trampa cavab: “Mənə toxunsanız, xalqın gücünü görəcəksiniz”

Dünya

05.01.2026 - 17:15

“ABŞ bayrağını Kolumbiya bayrağından yuxarı qaldıran dövlət xidməti komandirləri işdən çıxarılacaq”

“ABŞ bayrağını Kolumbiya bayrağından yuxarı qaldıran dövlət xidməti komandirləri işdən çıxarılacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Kolumbiya Prezidenti Qustavo Petro deyib.

Kolumbiya lideri qeyd edib ki, əgər ölkəsinin dövlət xidməti komandirləri ABŞ bayrağını Kolumbiya bayrağından daha üstün tutsalar, işdən çıxarılacaqlar.

"Əgər xalqımın böyük bir hissəsi tərəfindən sevilən və hörmət edilən bir prezidentə - mənə toxunsanız, xalqın gücünü görəcəksiniz. Mənim hərbi karyeram yoxdur, amma müharibə və strateji planlaşdırmada yaxşı təcrübəliyəm. ABŞ bəşər tarixində Cənubi Amerikanın paytaxtlarını bombalayan ilk ölkədir. Bunu nə Netanyahu, nə Hitler, nə Franko, nə də Salazar edib. Bu, çox pisdir və Cənubi Amerika xalqı bunu unutmayacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kolumbiya liderini də Venesuela Prezidenti Nikolas Maduronun taleyini yaşaya biləcəyi barədə xəbərdar etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş