Navka xəstəliyi Peskova nisbətən daha yüngül keçirir
Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putinin “danışan dili”, Kremlin sözcüsü Dmitri Peskovun koronavirusa yoluxması ilə bağlı məlumat yayılmışdı. AYNA xəbər verir ki, Peskovun həyat yoldaşı, buz konkisürmə üzrə keçmiş Rusiya çempionu Tatyana Navka da koronavirusa yoluxub və xəsətəxanaya yerləşdirilib.
Rusiya mətbuatı Navkanın səhətinin Peskova nisbətən daha yüngül olduğunu bildirib. Navka övladları ilə birlikdə ciddi karantin tətbiq etdiklərini və həyat yoldaşı Peskovun virusu Kremldən gətirdiyini söyləyib.
Qeyd edək ki, Peskov koronavirus testi müsbət çıxdıqdan sonra prezident Putinlə 1 aydır ki, təmasda olmadıqlarını, işlərini internet üzərindən apardıqlarını vurğulamışdı.