Peşə təhsili müəssisələrində 3 mindən çox müəllim işləyir

Xəbərlər

05.10.2021 - 11:04

Həkimlər Klinikalar SEO Xidməti

Heyətin 62,75 faizini qadınlar, 37,25 faizini isə kişilər təşkil edir

Azərbaycanda dövlət peşə təhsili müəssisələrinin pedaqoji heyəti 3 min 219 müəllimdən ibarətdir.

Bu barədə AYNA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirib ki, pedaqoji heyətin 62,75 faizini qadınlar, 37,25 faizini isə kişilər təşkil edir.

2020-2021-ci tədris ilində ilk dəfə olaraq peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu elektron qaydada portal.edu.az portalı üzərindən aparılıb. Qəbul ümumtəhsil fənn müəllimi, ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vakansiyalarını əhatə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş