Peruda evdən çıxma izni cinsə görə verilir

Dünya

03.04.2020 - 13:12

cedabet dərman SEO Xidməti

Peruda koronavirusa yoluxanların sayı 1400-dən çoxdur

Peru höküməti də  koronavirusun yayılmasının qarşısını almaq üçün insanların evdən çıxmasına qadağa qoyub. Amma maraqlı şərtlərlə. 

AYNA xarici mediaya əsasən xəbər verir ki, ölkədə evi tərk etmək üçün qadın və kişi cinsinin öz günü var. 

Belə ki, kişilərin bazar ertəsi, çərşənbə və cümə günlərində çölə çıxmalarına icazə verilir. Bu izndə də yalnız zəruri əşyalar almaq mümkündür. 

Həftənin qalan günləri isə qadınlar evdən çıxa bilərlər.

Bazar günləri isə bütün insanlar evdə oturmalıdır, heç bir izn yoxdur.

Məlumata görə, bu sərt qadağa, hələlik aprelin 12-nə qədər davam edəcək. 

Bu formada cinsə əsaslanan qaydaları artıq Panama höküməti də tətbiq etməyə başlayıb.

Qeyd edək ki, Peruda koronavirusa yoluxanların sayı 1400-dən çoxdur. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş