Paytaxtda sürət həddi endirildi

Xəbərlər

04.01.2020 - 20:33

cedabet dərman SEO Xidməti

Sürücülərdən yollarda sürət həddinə əməl etmələri xahiş olunur

 

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

AYNA xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi  hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edir.

 

Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.

 

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və qarşı tərəfə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş