Paytaxtda daha bir marşrutda ödənişlər kartla olacaq

Xəbərlər

29.07.2021 - 17:55

92 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək

 

Bakıda fəaliyyət göstərən daha bir sərnişin avtobusu kartla ödənişə keçir. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

 

Qeyd edilib ki, 30.07.2021-ci il tarixindən 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi - “Memar Əcəmi” m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

 

Post terminalların quraşdırıldığı ərazilər müvafiq olaraq aşağıdakılardır:

 

Dairəvi, Binəqədi qəs. (Binəqədi rayonu)

4-cü məhəllə,Biləcəri qəs. (Binəqədi rayonu)

Asəf Zeynallı, döngə 1/1 (Binəqədi rayonu)

Xaqani küç, Biləcəri qəs. (Binəqədi rayonu)

Əhməd Qasımov küç (Binəqədi rayonu)

Yəhya Hüseynov 16 (Binəqədi rayonu)

Rəşid İsmayılov 56 (Binəqədi rayonu)

Asif Məhərrəmov 1 (Nəsimi rayonu)

Asif Məhərrəmov 76A (Nəsimi rayonu)

Müəllif: Ayna.az