Paytaxtda binanın lifti qırılıb, xəsarət alanlar var

Hadisə

18.06.2022 - 11:17

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər

Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var. AYNA-nın xəbərinə görə, hadisə iyunun 17-si saat 22 radələrində paytaxtın Nizami rayon ərazisində yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.

Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çarpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə