Paşinyan Qasparyana yalançı dedi: “Müharibənin dördüncü günü...”

Dünya

14.04.2021 - 14:41

Həkimlər Klinikalar SEO Xidməti

“30 sentyabrda belə bir şey deyə bilməzdi”

 

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament iclasında Qarabağdakı müharibə ilə bağlı bir sıra detalları açıqlayarkən deyib ki, bu barədə bir sıra fərziyyələr mövcuddur. AYNA erməni mediasına istinadən bildirir ki, Paşinyan deyilənlərə aydınlıq gətirilməsinin vacibliyinə toxunub.

 

“Xüsusilə də sabiq Baş Qərargah rəisi Onik Qasparyanın müharibənin dördüncü günü döyüş əməliyyatlarına son qoymağın lazım olduğu deməsi yalandır. Onik Qasparyanın bəyanatındakı bu məqamın reallıqla heç bir əlaqəsi olmadığını tam məsuliyyətlə bildirmək istəyirəm. Baş Qərargah rəisi bunu demədi. Müzakirə rəsmi olaraq qeyd edilib. Söhbət 30 sentyabr Təhlükəsizlik Şurasının iclasından gedir. Qasparyan əksinə, rəqibin heç bir uğur qazanmadığını, ordumuzun öz vəzifələrini yerinə yetirdiyini və sona qədər yerinə yetirəcəyini söylədi”, - Paşinyan əlavə edib.

 

Paşinyan hesab edir ki, Qasparyan 30 sentyabrda belə bir şey deyə bilməzdi: “Çünki ondan bir ay əvvəl - 21 avqust tarixində Təhlükəsizlik Şurasının iclasında Baş Qərargah rəisi Qarabağ istiqamətində Azərbaycana laiqli cavab verə biləcəyini söyləmişdi”.

 

Qeyd edək ki, sabiq Baş Qərargah rəisi Onik Qasparyan açıqlamasında bildirib ki, müharibənin 4-cü günü Təhlükəsizlik Şurasının iclasında Paşinyana döyüşün dayandırılmalı olduğunu deyib, amma Paşinyan bundan imtina edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş