“Ktrıç Nersisyanı və onun eqosunu qəbul edib bunun əksini sübut etməyə hazıram”
“Ktrıç Nersisyan (bütün ermənilərin katolikosu II Qareginin adı - red.) mənim sünnət olunduğum barədə açıqlama verdi. Mən Ktrıç Nersisyanı və onun eqosunu qəbul edib bunun əksini sübut etməyə hazıram”.
AYNA.AZ xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.
"Və nəhayət o suala özü cavab versin: o, subaylıq andını pozub, ya yox? Onun uşaqları var, ya yox?", Paşinyan əlavə edib.
Qeyd edək ki, katalikos Paşinyanın sünnət olunduğunu iddia edib.