Ermənistanın müdafiə nazirinin istefaya hazırlaşdığı bildirilir
Ermənistanın müdafiə naziri David Tonoyanın yaxınlarda istefa verəcəyi bildirilir. AYNA-nın düşmən ölkə mətbuatına istinadən xəbərinə görə, o, Qarabağ döyüşlərində sarsıdıcı məğlubiyyətə görə, istefa verməyə hazırlaşır.
Xatırladaq ki, Tonoyan 2018-ci ildən Ermənistanın müdafiə naziri vəzifəsini daşıyır.
Qeyd edək ki, dünən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan istefaya gedib. Erməni mətbuatı nazirlərin istefasını Nikol Paşinyan hökumətinin parçalanması adlandırır.