Parlamentdə avtomobillərin dayanma qaydası ilə bağlı <font color=red> MÜZAKİRƏ</font>

Xəbərlər

23.02.2021 - 14:36

Dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə ləğv edilib

 

Azərbaycanda avtomobillərin dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə ləğv edilib. AYNA-nın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

 

346-cı maddə dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.

 

Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az