Papa Fransisk xəstəxanaya yerləşdirilib

Dünya

14.02.2025 - 18:39

Həkimlər Klinikalar SEO Xidməti

Roma Papasının səhhəti pisləşib

Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacdan bildirilib.

Qeyd olunub ki, Papa Fransisk bəzi lazımi diaqnostik testlərdən keçmək və bronxitlə bağlı davam edən müalicəsini xəstəxana şəraitində davam etdirmək üçün Romadakı “Agostino Gemelli” xəstəxanasına müraciət edib.

Papanın xəstəxanada neçə gün qalacağı açıqlanmayıb.

Qeyd edək ki, bir müddətdir Roma Papasının səhhətində problem yaranıb. Ötən günlərdə keçirilən görüşlərdə onun iştirakçılara müraciətini Vatikanın əməkdaşı oxuyub. 88 yaşlı Fransisk ötən illərdə bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş