Pandemiyadan əziyyət çəkən leykemiyalı uşaqlarla bağlı layihə keçirilib

Xəbərlər

20.11.2020 - 16:44

Həkimlər Klinikalar SEO Xidməti

Gənc könüllülər leykemiyalı uşaqlar və onların ailə üzvləri ilə ünsiyyət quraraq sorğu anketləri hazırlayıblar

 

“2020-ci il Azərbaycan Respublikası Prezidenti tərəfindən “Könüllü ili” elan edildi. Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “Epidemiyaların nəticələrinin aradan qaldırılması, o cümlədən pandemiyadan zərər çəkmiş leykemiyalı uşaqlara müvafiq yardımların göstərilməsi ilə bağlı könüllülərin bilik və bacarıqlarının artırılmasına dair resurs- təlim mərkəzinin yaradılması” adlı layıhə maliyyələşdirilib”.

 

Bunu AYNA-ya açıqlamasında “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin rəhbəri Mehriban Bağırova deyib. Bildirib ki, layihə çərçivəsində COVID-19 pandemiyası dövründə zərər çəkmiş leykemiyalı uşaqların psixo-sosial durumunun yaxşılaşdırılmasına dair və tibbi zəruriyyətlərini təmin etmək üçün könüllülərin bilik və bacarıqlarının  artırılmasına dair  resurs-təlim  mərkəzi yaradılıb: “Gənc könüllülər leykemiyalı (qan xərçəngi) uşaqlar və onların ailə üzvləri ilə ünsiyyət quraraq sorğu anketləri hazırlayıblar. Sorğu anketlətinin hazırlanmasının əsas məqsədi pandemiya zamanı ailələrin psixo-sosioloji vəziyyətini öyrənməkdir. Nəticədə 93 ailə  bu sorğuda iştirak etmişdir. Onlardan 57 ailənin maddi durumu ağır olduğu üçün onlar ərzaq məmulatları və tibbi ləvazimatlarla təmin edilmişdir. COVİD-19 pandemiyası zamanı problemlərin araşdırılmasından sonra leykemiyalı uşağı olan ailələrə psixo-sosial və tibbi yardımlar göstərilib və ailələrə dəyən zərər qismən də olsa aradan qaldırılıb.”

 

“Bundan əlavə, pandemiyadan zərər çəkmiş ailələr üçün metodik vəsait hazırlanıb paylanılıb. Ailələrə psixoloji yardım göstərmək məqsədilə təlim materialları həmin ailələrə verilib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Epidemiyaların  nəticələrinin aradan qaldırılması, o cümlədən pandemiyadan zərər çəkmiş leykemiyalı uşaqlara  müvafiq yardımların göstərilməsi ilə bağlı könüllülərin bilik və bacarıqlarının artırılmasına dair  resurs-təlim mərkəzinin yaradılması” adlı layihə bitəndən sonra layihəyə cəlb olunan gənc könüllülər daha savadlı şəkildə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara yardım edəcəklər. Könüllülərin mövcud vəziyyətə uyğun onlayn Təlim Tədris Mərkəzi yaradılması sayəsində təlim keçmiş könüllülər təlimçi kimi yetişdiriləcək. Layihədə 33 nəfər 18-30 yaş arası könüllü iştirak edib”, -deyə, M.Bağırova vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş