Terror mədənçiləri daşıyan avtomobilə hücum nəticəsində baş verib
Pakistanın cənub-qərbində baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb.
AYNA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, partlayış mədənçiləri daşıyan avtomobilə hücum nəticəsində baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər hadisə yerinə gələrək ərazini mühasirəyə alıb, yaralananları xəstəxanaya çatdırıblar.
Xilasedicilərin bildirdiyinə görə, çox sayda yaralının vəziyyəti ağırdır. Kömür mədənində çalışan işçilər mədənə doğru hərəkət edərkən şübhəli terrorçuların hədəfinə düşüblər. Hadisə ilə bağlı araşdırmalar aparılır.