Ümumilikdə xəstə sayı 30 min 334-ə çatıb
Pakistanda son sutkada koronavirusa yoluxanların sayı 896 nəfər artaraq 30 min 334-ə çatıb. AYNA xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.
Ümumilikdə ölkədə COVID-19 infeksiyasına yoluxan 8 063 xəstə sağalıb, 659 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 283 517 test aparılıb.