Pakistanda Aşura mərasimi zamanı partlayış olub

Dünya

19.08.2021 - 15:31

Həkimlər Klinikalar SEO Xidməti

Nəticədə üç nəfər həlak olub, 50 nəfər yaralanıb

 

Pakistanın Bahavalnaqar şəhərində partlayış baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, nəticədə üç nəfər həlak olub, 50 nəfər yaralanıb.

 

Hadisə Aşura mərasimi zamanı baş verib. Yerli müsəlman icmasının lideri Xavar Şafkat partlayış faktını təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb.

 

Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub. Təhqiqat aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş