Pakistan karantindən çıxa bilmədi

Dünya

08.05.2020 - 12:48

Sonuncu göstərici ölkədə pandemiya başlayandan bəri ən yüksək yoluxma həddidir

 

Pakistan hökuməti ölkədəki karantin rejimini yumşaltmaq haqqında xəbər yaymışdı. Amma sutka ərzində ölkədə 1764 yoluxma qeydə alındıqdan sonra, bu qərardan vaz keçib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Pakistan Səhiyyə Nazirliyi bu barədə son məlumatı da yayıb.

 

Sonuncu göstərici ölkədə pandemiya başlayandan bəri ən yüksək yoluxma həddidir. Belə ki, ölkədə ümumilikdə, koronavirusa yoluxma faktı 25 min 837 nəfərə çatıb. Sutka ərzində ölən 30 insanla birlikdə həyatını itirənlərin sayı 594 nəfərdir.

 

Pakistanın Baş naziri İmran Xan ötən gün küçəyə çıxmaq qadağasının götürüləcəyini bəyan etsə də, görünür ölkədə karantinin və sərt məhdudiyyətlərin vaxtı uzadılacaq.

Müəllif: Ayna.az