"İndiki şəraitdə, tədbirlərlə bərabər beş vaxt namaz qılınması da vacibdir"
Pakistanın bir qrup tanınmış ruhanisi camaat və cümə namazlarının ölkənin məscidlərində qılınmasına davam ediləcəyini bəyan edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu baxımdan hökumətin tövsiyə etdiyi ehtiyat tədbirlərinə əməl etməyən dindarlarla polis arasında qarşıdurma yaşanır.
Hökumət məscidlərdə beş nəfərdən çox adamın toplaşmasını qadağan etməsinə baxmayaraq, bəzi dini liderlər bu tələbə əməl etmirlər. "İndiki şəraitdə, tədbirlərlə bərabər beş vaxt namaz qılınması da vacibdir", - deyə din alimi Müfti Taqi Usmani bildirib. O, virusun yayılmasının qarşısının alınması üçün məsafə gözlədiklərini də diqqətə çatdırıb.
Qeyd edək ki, Pakistanda koronavirusa yoluxanların sayı 5837, ölənlərin sayı isə 96 nəfərdir. Ötən gün ölkədə karantin müddəti daha iki həftə uzadılıb.