Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Xəbərlər

06.04.2021 - 16:26

Bu şəxsin əməlindən zərərçəkən varsa, aidiyyəti üzrə məlumat vermələri xahiş olunur

 

Lənkəranda polis əməkdaşı olduğu görüntüsünü yaratmağa çalışan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Lənkəran rayonunun Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib.

 

Onun əynində arxa hissəsinə iri şriftlərlə “Polis” sözü yazılmış gödəkçə, sifətində üzərində “polis” sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb. İdarə etdiyi avtomobildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı paqonları, bir ədəd qara kaburun içində oyuncaq tapança və 1 ədəd qara rəngli maska aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Polis əməkdaşı olduğunu imitasiya edən bu şəxsin əməlindən zərərçəkən varsa, aidiyyəti üzrə məlumat vermələri xahiş olunur.

Müəllif: Ayna.az