Özəlləşdirmə çekləri: dövlət-vətəndaş etimadı və iqtisadi fayda

İqtisadiyyat

23.06.2026 - 10:27

Özəlləşdirmə payları (çekləri) məsələsinin ədalətli həllinin Azərbaycan Respublikasının iqtisadiyyatına, dövlətçiliyinə və xalqın rifahına verəcəyi strateji faydalar

Özəlləşdirmə payları (çekləri) məsələsi təkcə keçmişdən qalmış hüquqi mübahisə deyil. Bu məsələ Azərbaycan dövlətinin qanunlarına sədaqətinin, Konstitusiyanın aliliyinin, tarixi ədalətin və xalqla dövlət arasında etimadın mühüm sınağıdır.

Azərbaycanda Dövlət Özəlləşdirmə Çekləri qanunvericiliyə əsasən adi kağız yox, inflyasiyadan qorunan və dövlət əmlakının ekvivalent payını təmsil edən maddi dəyərdir. Azərbaycanda inflyasiyadan qorunan rəsmi dövlət əmlakı ekvivalentinə və 12.12.1997-ci il tarixli 222 saylı əmrə əsasən, 1 ədəd özəlləşdirmə çekinin maddi ekvivalent dəyəri 5 000 ABŞ dolları (təxminən 8 500 AZN), 4 çekdən ibarət 1 tam özəlləşdirmə payının dəyəri isə 20 000 ABŞ dolları (təxminən 34 000 AZN) təşkil edir.

Hüquqi Əsası: Ulu Öndər Heydər Əliyevin imzaladığı fərman və qanunvericiliyə görə, özəlləşdirmə payları dövlət mülkiyyəti ilə təmin olunub və qiyməti inflyasiyanın təsirindən qorunmalıdır.

Hüquqi Təminat: Çeklərin üzərində rəsmi olaraq yazılmış "Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir" ifadəsi bu kağızların maddi dəyərinin birbaşa ölkənin ümumi iqtisadi kapitalına və Dövlət Əmlakının Özəlləşdirilməsi Haqqında Qanuna bağlı olduğunu sübut edir.

İqtisadçı alimlərin elmi arşdırmalarından məlum olur ki, əgər dövlət özəlləşdirmə paylarının qanunvericiliklə müəyyən edilmiş hüquqi statusunu və onların real maddi dəyərini bərpa edərsə, bunun nəticələri yalnız həmin payların sahibləri üçün deyil, bütövlükdə Azərbaycan Respublikasının iqtisadiyyatı və dövlətçiliyi üçün mühüm və uzunmüddətli müsbət təsirlər yaradacaq.

  1. Tarixi ədalət və dövlətin verdiyi vədin yerinə yetirilməsi

Azərbaycan Respublikasının qanunları ilə hər bir vətəndaşa dövlət əmlakında pay verilmiş və bu pay özəlləşdirmə çekləri vasitəsilə rəsmiləşdirilmişdir. Bu hüququn bərpası dövlətin öz xalqına verdiyi vədin yerinə yetirilməsi, tarixi ədalətin təmin olunması və dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsi deməkdir. Dövlətin ən böyük gücü yalnız iqtisadi göstəricilərində deyil, həm də öz qanunlarına və verdiyi öhdəliklərə sadiqliyindədir.

  1. Konstitusiyanın və qanunun aliliyinin real təmin olunması

Özəlləşdirmə paylarının hüquqlarının bərpası Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququnun, hüquqi dövlət prinsipinin və qanunun aliliyinin real həyata keçirilməsi olacaqdır. Bu qərar göstərər ki, Azərbaycan Respublikasında qanunla verilmiş hüquq zaman keçdiyinə görə itmir və heç bir inzibati praktika ilə aradan qaldırıla bilməz. Bu, təkcə özəlləşdirmə payları üçün deyil, bütün mülkiyyət hüquqları üçün mühüm presedent olacaqdır.

  1. Əhalinin alıcılıq qabiliyyətinin və daxili bazarın güclənməsi

Özəlləşdirmə paylarının real dəyərinin tanınması minlərlə ailənin iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər. Məsələn, vətəndaş 40 000 manat nominal dəyəri olan payını bazarda 20 000 manata investora satsa, bu pul dərhal real iqtisadiyyata daxil olur və əgər vətəndaşlar istifadə etmək imkanı əldə etsələr, əldə olunan vəsait:

mənzil şəraitinin yaxşılaşdırılmasına;

məişət texnikasının alınmasına;

təhsil və səhiyyə xərclərinə;

kiçik və orta sahibkarlığa;

kənd təsərrüfatına və digər sahələrə yönələcəkdir.

Bu isə ölkədə daxili tələbatı artıracaq, iqtisadi dövriyyəni genişləndirəcək və yeni iqtisadi aktivlik yaradacaqdır.

  1. Dövlət büdcəsinin əlavə gəlirlər əldə etməsi

Vətəndaşların əldə etdiyi vəsaitin iqtisadi dövriyyəyə daxil olması nəticəsində:

əlavə dəyər vergisi;

gəlir vergisi;

mənfəət vergisi;

sosial ödənişlər;

müxtəlif dövlət rüsumları şəklində dövlət büdcəsinə əhəmiyyətli həcmdə vəsait daxil ola bilər.

Beləliklə, özəlləşdirmə paylarının ədalətli həlli dövlət üçün yalnız sosial məsələ deyil, həm də büdcə gəlirlərini artıran iqtisadi mexanizmə çevrilə bilər.

  1. İnvestorların marağının artması və investisiya imkanlarının genişlənməsi

Əgər özəlləşdirmə payları yenidən iqtisadi dövriyyəyə qaytarılarsa, investorlar onları əldə etməyə maraq göstərəcəklər. Bu zaman investor da qazanır. Əgər investor 40 000 manatlıq payı bazardan 20 000 manata alırsa, o, özəlləşdirilən əmlakı faktiki olaraq daha ucuz əldə edir. Bu zaman onun əlində əlavə vəsait qalır və həmin vəsaiti müəssisənin modernləşdirilməsinə, avadanlıq alınmasına, iş yerlərinin açılmasına və istehsalın genişləndirilməsinə yönəldə bilər.

Bu isə:

özəlləşdirmə prosesinə əlavə investisiyaların cəlb olunmasına;

müəssisələrin modernləşdirilməsinə;

yeni iş yerlərinin açılmasına;

istehsalın genişlənməsinə;

regionların iqtisadi inkişafına mühüm təkan verə bilər.

Beləliklə, özəlləşdirmə payları iqtisadi inkişafın qarşısında maneə deyil, əksinə, onun mühüm hərəkətverici qüvvəsinə çevrilə bilər.

  1. Dövlətə və hüquq sisteminə inamın güclənməsi

Xalq dövlətə ən çox o zaman inanır ki, dövlət öz qanunlarına özü hörmət edir. Əgər onilliklər əvvəl qanunla verilmiş mülkiyyət hüququ bərpa olunarsa, bu, milyonlarla insan üçün belə bir mesaj olacaqdır: Dövlət öz qanunlarına sadiqdir.

Bu isə cəmiyyətin hüquq sisteminə və dövlət institutlarına inamını əhəmiyyətli dərəcədə artıracaqdır.

Nəticə

Özəlləşdirmə payları məsələsinin ədalətli və qanuni həlli:

tarixi ədaləti bərpa edəcək;

Konstitusiyanın və qanunun aliliyini möhkəmləndirəcək;

dövlət-vətəndaş etimadını gücləndirəcək;

daxili bazarı canlandıracaq;

investisiyaları artıracaq;

dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək;

iqtisadi inkişafı sürətləndirəcək.

Buna görə də özəlləşdirmə payları məsələsinin həlli yalnız keçmişin problemi deyil. Bu, Azərbaycan Respublikasının hüquqi dövlət kimi nüfuzunun, iqtisadi inkişafının və xalqın rifahının gələcəyi ilə bağlı strateji qərardır. Ədalətli qərar təkcə bugünkü vətəndaşların deyil, gələcək nəsillərin də dövlətə inamını gücləndirəcək və Azərbaycan tarixində hüququn, ədalətin və dövlət məsuliyyətinin təntənəsi kimi qalacaqdır.

İqtisadi təhlükəsizlik və inflyasiya riskinin aşağı olması

İqtisadiyyatın əsas qanunlarından biri ondan ibarətdir ki, iqtisadi aktivliyin artması üçün dövriyyədə olan maliyyə resursları və maliyyə alətlərinin həcmi kifayət qədər olmalıdır. Dövriyyəyə yeni maliyyə alətlərinin daxil olması istehlakı, investisiyanı və sahibkarlıq fəaliyyətini genişləndirərək iqtisadi artıma təkan verir.

Özəlləşdirmə paylarının (çeklərin) iqtisadi dövriyyəyə qaytarılması ölkə daxilində müxtəlif səbəblərdən istehsal və investisiyaya yönəlməyən passiv maliyyə vəsaitlərinin iqtisadiyyata cəlb olunmasına şərait yarada bilər. Çekləri əldə etmək istəyən investorlar öz vəsaitlərini aktiv şəkildə dövriyyəyə daxil edəcək, bu isə investisiya və iqtisadi fəallığı artıracaqdır.

Özəlləşdirmə paylarının real dəyərinin tanınması dövlət tərəfindən əlavə kağız pul emissiyası demək deyildir. Çünki özəlləşdirmə payları artıq mövcud olan və qanunvericiliklə tanınmış qiymətli kağızlardır. Onların iqtisadi dövriyyəyə qaytarılması əsasən mövcud dövlət aktivlərinin və mövcud maliyyə resurslarının yenidən bölgüsünü təmin edir. Buna görə də bu mexanizm birbaşa pul emissiyası ilə müqayisədə inflyasiya baxımından xeyli aşağı risk daşıyır.

Beləliklə, özəlləşdirmə paylarının iqtisadi dövriyyəyə qaytarılması yeni pul çap etmək deyil, uzun illər passiv vəziyyətdə qalmış qanuni iqtisadi aktivləri yenidən işlək vəziyyətə gətirməkdir. Bu zaman dövlət əlavə pul emissiyası etmir, əksinə, mövcud aktivlərin və özəl kapitalın iqtisadiyyata cəlb olunmasına şərait yaradır. Nəticədə investisiya, istehlak və iqtisadi fəallıq artır, inflyasiya riski isə ənənəvi pul emissiyası ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olur.

Diqqət: hüquqşünas və vəkillər DÖP/Ç-lərini satmayıb ümidlə saxlayan bütün vətəndaşlara israrla tövsiyə edirlər ki, Cənab Prezidentə və Milli Məclisin Sədrinə müraciət məktubları ünvanlasınlar. Özəlləşdirmə Çekləri Qrupunun +99470 304 05 21 nömrəli əlaqə vasitəsinə “Whatsapp” üzərindən ad-soyadını yazan şəxslərə hər iki müraciət forması göndəriləcək.

Özəlləşdirmə çekləri sahiblərinin hüquqlarını müdafiə edən vəkillərdən çağırış:

“Məktubları göndərəndən sonra POCT qəbzinin şəkilini cəkib “Whatsapp” vasitəsilə +99470 304 05 21 nömrəsinə göndərin. Məktubları göndərəndən 10 gün sonra 1111-ə zəng edib Prezident Aparatında qeydiyyat nömrənizi alın. Eyni zamanda, 8111-ə zəng edib Milli Məclisdə qeydiyyat nömrənizi alın. Dostlar, məktubları hamının yazması vacibdir. Məlumatı olmayan hər kəsə məlumat verin”.

 

 

Müəllif: Aydın Gəray

Pin up casino Pin-up casino giriş